Bu gün Azərbaycanın kino və teatr aktrisası, xalq artisti, dosent Ömərova Həmidə Məmməd qızının ad günüdür. Onun 58 yaşı tamam olur. Bu gün Azərbaycanın kino və teatr aktrisası, xalq artisti, dosent Ömərova Həmidə Məmməd qızının ad günüdür. Onun 58 yaşı tamam olur.

Həmidə Ömərovanın 58 yaşı tamam oldu

Bu gün Azərbaycanın kino və teatr aktrisası, xalq artisti, dosent Ömərova Həmidə Məmməd qızının ad günüdür. Onun 58 yaşı tamam olur.


Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda anadan olub. 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. 1979-1993-ci illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb.

1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalının aparıcısı, 2002-ci ildən "Kinoştrix" verilişinin ssenari müəllifi olub.

O, 49 filmə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib, "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895-1945-ci illər", "Amerika kino tarixi" kitablarını qələmə alıb.

Yaratdığı obrazlar bunlardır: Şəfiqə ("Qızıl uçurum"), Çinarə ("Anlamaq istəyirəm"), Zümrüd ("Yol əhvalatı"), gəlin ("Vah!"), Zeynəb ("Babamızın babasının babası"), Telli ("Qorxma, mən səninləyəm"), Məleykə ("Üzeyir ömrü"), Afaq ("Nizami"), Şəfiqə ("Musiqi müəllimi"), Tamara ("Burulğan"), Nazlı ("Şirbalanın məhəbbəti"), Nuriyə ("Divlər zindanı", İran k/s), Nurzad ("Əzablı yollar"), Zivər ("Doğma sahillər"), xan qızı ("Dədə Qorqud oğuznamələri"), Elmira ("Dronqo") və s.

Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edir.

Həmidə Ömərova Respublika Lenin Komsomolu (1986) və və Cəfər Cabbarlı mükafatlarını (2010) alıb.