"Olimp" Mənzil-Tikinti Kooperativinin (MTK) inşa etdiyi binanın sakinləri Bakı Şəhər İcra Hakimiyyətinin başcısı Hacıbala Abutalıbova məktub yazıb. "Olimp" Mənzil-Tikinti Kooperativinin (MTK) inşa etdiyi binanın sakinləri Bakı Şəhər İcra Hakimiyyətinin başcısı Hacıbala Abutalıbova məktub yazıb.

Xalq artistləri Hacıbala Abutalıbova məktub yazdı: “Evimizə “kupça” verin”

"Olimp" Mənzil-Tikinti Kooperativinin (MTK) inşa etdiyi binanın sakinləri Bakı Şəhər İcra Hakimiyyətinin başcısı Hacıbala Abutalıbova məktub yazıb.

Sakinlərin icra hakimiyyətindən tələbi 4 ildən yuxarıdır ki, yaşadıqları mənzillərə mülkiyyət hüququnu təsdiq edən sənədi ala bilməmələridir.

AzNews.az-a verilən məlumata görə, müraciət məktubuna imza atanlar arasında xalq artistləri, tanınmış muğam ifaçıları Qəndab Quliyeva və Könül Xasıyeva da da var.

Tanınmış sənətkarlar bu olayla bağlı fikirlərini AzNews.az-la bölüşüblər.


Qəndab Quliyeva bildirib ki, sakinlər adından yazılan məktub Prezident Aparatına, Fövqəladə Hallar Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanıb: "Kupça" almaq üçün hamımız məktuba imza atdıq. Burada çıx tanınmış alimlər yaşayır. Bizə qayda-qanunla "kupça" verilməlidir, amma noolsun ki, hələ də evimizin sənədini ala bilməmişik".


Könül Xasıyeva isə vurğulayıb ki, 4 ilə yaxındır ki, həmin binada yaşasa da hələ də evlərinin mülkiyyət hüququnu təsdiq edən sənədi ala bilmir: "Hamı kimi biz də istəyirik ki, evimizin sənədini olsun. Başqa heç bir problemimiz yoxdur. İşığımız, suyumuz, qazımız əladır. Bircə evimizin "kupça"sı yoxdur".

Bahar RÜSTƏMLİ
AzNews.az