Ağsu rayonunda bir nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Ağsu rayonunda bir nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Ağsuda ağır qəza - ölən və yaralananlar var (VİDEO)

Ağsu rayonunda bir nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.


AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 158-ci kilometrliyində, Ağsunun Pirhəsənli kəndi ərazisində qeydə alınıb.

Ağsu sakini, 1974-cü il təvəllüdlü Musayev Elşad Əmircan oğlunun idarə etdiyi 90-XX-279 dövlət nömrə nişanlı, "Mercedes" markalı minik maşını qarşı tərəfdən gələn Ağsunun Pirhəsənli kənd sakini, 1979-cu il təvəllüdlü Qurbanov Əfrail Məhəbbət oğlunun idarə etdiyi H024546 nömrə nişanlı "Volkswagen Polo" markalı minik maşını ilə toqquşub.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü, eləcə də sərnişinlər, 1999-cu il təvəllüdlü Valehli Valeh Teymur oğlu, 1973-cü il təvəllüdlü Məmmədova Sevda Zülfü qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Digər sərnişin, 1996-cı il təvəllüdlü Valehli Sərfinaz Teymur qızı aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.