Bakı Şəhər Dövlət Yol Polisinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev xidməti avtomobili ilə qəzaya düşüb. Bakı Şəhər Dövlət Yol Polisinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev xidməti avtomobili ilə qəzaya düşüb.

DYP-nin yüksək vəzifəli əməkdaşı qəzaya düşdü - Rəşadət Babayevdən açıqlama

Bakı Şəhər Dövlət Yol Polisinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev xidməti avtomobili ilə qəzaya düşüb.


AZNEWS.AZ xəbər verir ki, qəza zamanı 10 YP 400 nömrə nişanlı avtomobil yararsız hala düşüb və evakuatorla duracağa aparılıb.

Hadisəni Rəşadət Babayev təsdiq edib. O, AZNEWS.AZ-a açıqlamasında qəza zamanı sükan arxasında özünün olduğunu söyləyib: "Bu olayla bağlı müstəntiqlər tərəfindən araşdırma gedir. Əlavə informasiyanı ərazi üzrə polis idarəsindən və bu işi aparan müstəntiqdən ala bilərsiniz. Hazırda iclasdayam, geniş danışa bilmirəm".

Alay komandiri hadisənin harada və necə baş verdiyi haqda informasiya verməyib.

Rəşadət Babayev "Qafqazinfo"ya açıqlamasında isə hadisənin hansı şəraitdə baş verməsinə aydınlıq gətirib. Alay komandirinin sözlərinə görə, qəza bu gün səhər saat 7 radələrində "Park Bulvar"ın qarşısında baş verib. O, şəhərin rəis müavini kimi xidməti vəzifəsini yerinə yetirib və hərəkətdə olub. Həmin vaxt bir sürücü yolu çarpaz keçərək gözlənilmədən onun avtomobilinin qarşısına çıxıb:

"Biz sürücüyə xəsarət yetirməmək üçün maşını güclə saxldıq. Yaxşı ki, bizim avtomobilin də yastıqları açıldı və ciddi xəsarət almadıq. Yerə düşəndən sonra məlum oldu ki, yolu əks istiqamətdən keçmək istəyən sürücü sərxoş olub. O, yerə düşəndə belə ayaq üstə güclə dayanırdı. Hadisə kameraların altında baş verib və bütün görüntü qeydləri var. Həmin şəxs saxlanılıb və istintaqa cəlb olunub, hazırda araşdırma aparılır".

Xatırladaq ki, Rəşadət Babayev bu vəzifəyə düz bir il öncə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmriylə təyin edilib. Bu vaxtadək həmin vəzifədə polkovnik Nadir Piriyev çalışıb.