Türkiyə Hava Yollarına (THY) məxsus olan və Milan-İstanbul reysiylə uçan “Airbus 320” sərnişin təyyarəsinin mühərriki havada yanıb. Türkiyə Hava Yollarına (THY) məxsus olan və Milan-İstanbul reysiylə uçan “Airbus 320” sərnişin təyyarəsinin mühərriki havada yanıb.

Türkiyənin sərnişin təyyarəsi havada yandı - VİDEO

Türkiyə Hava Yollarına (THY) məxsus olan və Milan-İstanbul reysiylə uçan “Airbus 320” sərnişin təyyarəsinin mühərriki havada yanıb.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "haberler" saytı yayıb.

Məlumata görə, bu səbəbdən təyyarə təcili Atatürk Hava Limanına enib.

Hadisə bu gün yerli vaxtla saat 10.30 radələrində qeydə alınıb.

Aeroporta enən sərnişin təyyarəsinə yanğınsöndürmə və tibb briqadaları müdaxilə edib. Nəticədə mühərrikdəki yanğın söndürülüb, sərnişinlər təxliyə edilib.

Bu səbəbdən Atatürk Hava Limanına enməyi planlaşdıran təyyarələr Sabiha Gökçen Hava Limanına istiqamətləndirilib.