Nepalın paytaxtı Katmandu şəhərinin yaxınlığında 7,9 ballıq zəlzələ meydana gəlib. Nepalın paytaxtı Katmandu şəhərinin yaxınlığında 7,9 ballıq zəlzələ meydana gəlib.

Nepalda 7,9 ballıq zəlzələ oldu, ölənlər var – FOTOLAR + VİDEO

Nepalın paytaxtı Katmandu şəhərinin yaxınlığında 7,9 ballıq zəlzələ meydana gəlib.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Hurriyet" qəzetinin saytı yayıb.

Yerin 15 km dərinliyində baş verən zəlzələ zamanı xeyli bina dağılıb, 2 nəfər isə həlak olub.

Rəsmilər ölü sayının çox olacağını vuurğulayıb.

Zəlzələ qonşu Hindistan və Pakistanda da hiss edilib.

"Reuters" agentliyi bildirib ki, Hindistanın şimalında yerləşən bir kənddə evin divarı uçub, 15 yaşlı gənc qız həyatını itirib.

Katmandu yaxınlığındakı parkda isə heykəl uçub və bir qız ölüb.
Zəlzələnin təsirindən yollar ikiyə ayrılıb.


"AP"nin müxbiri deyib ki, Katmandudaki bir xəstəxanaya onlarla yaralı gətirilib.

Zəlzələdən sonra şəhər sakinləri qorxu içində küçələrə tökülüb.

CNN isə zəlzələnin təsirindən Everest dağında qar uçqununun olacağı təhlükəsindən yazıb.

image description image description image description image description image description