Bakı şəhərində birmərtəbəli evdə yanğın olub. Bakı şəhərində birmərtəbəli evdə yanğın olub.

Bakıda birmərtəbəli evdə yanğın oldu

Bakı şəhərində birmərtəbəli evdə yanğın olub.


AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 92 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 70 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Bakı şəhərinin Nəsimi rayonunda isə tikilməkdə olan binanın zirzəmisində tüstülənmə faktı aşkar edilib. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə əsasən dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.