AZAL mövsümi aviareyslərə başlayır

"Azərbaycan Hava Yolları" QSC may ayından etibarən mövsümi aviareyslərə başlayacaq.

AzNews.az xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli AZƏRTAC-a bildirib ki, uçuşlar Türkiyənin Antalya, Bodrum və İzmir kurort şəhərləri istiqamətində gerçəkləşdiriləcək.

M. Səfərli əlavə edib ki, Bakı-Antalya-Bakı reysi mayın sonundan, Bakı-Bodrum-Bakı, Bakı-İzmir-Bakı reysləri isə iyun ayından etibarən start götürəcək.