Nərimanov rayonu əhalisinin tibbi müayinədən keçirilməsi prosesi yekunlaşmaq üzrədir. Nərimanov rayonu əhalisinin tibbi müayinədən keçirilməsi prosesi yekunlaşmaq üzrədir.

Əhali tibbi müayinədən keçdi - Foto

Nərimanov rayonu əhalisinin tibbi müayinədən keçirilməsi prosesi yekunlaşmaq üzrədir.



AzNews.az-a daxil olan məlumata görə, 25 aprel 2015-ci il tarixdə Nərimanov rayonunda yerləşən 8 nömrəli şəhər poliklinikasında rayon əhalisinin növbəti tibbi müayinə prosesi keçirilib. Poliklinika sakinlərin tibbi yoxlamalardan rahat şəkildə keçmələri üçün ən müasir avadanlıqlarla təchiz olunub. Burada xəstəxanaya gəlmək imkanları məhdud olan xəstələrin müayinəsi üçün xüsusi həkim briqadaları fəaliyyət göstərir.



Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova poliklinikanın tibbi personalı və müayinəyə gələn vətəndaşlarla səmimi söhbət edib, onların problemləri ilə maraqlanıb, həmçinin müayinə ilə bağlı yaranan bu və ya digər suallarını cavablandırıb.

Xəstəxananın baş həkimi Tamilla Kərimova xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi üçün həyata keçirilən tədbirlərin sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Ümumiyyətlə, tibbi müayinələr başlayandan etibarən rayon üzrə 93854 nəfərin müayinələrdən keçməsi təmin olunaraq, onlardan 70957 nəfərdə hər hansı bir xəstəlik aşkar edilməyib, 22636 nəfərə ambulator, 291 nəfərə isə stasionar müalicə təyin olunub.