Bu gün Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin 8-ci turunun partiyaları oynanılacaq. Bu gün Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin 8-ci turunun partiyaları oynanılacaq.

Vüqar Həşimovun xatirə turniri sona yaxınlaşır – Şəmkirdə

Bu gün Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin 8-ci turunun partiyaları oynanılacaq.


AzNews.az AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov sonuncudan əvvəlki turda Hindistan şahmatçısı Vişvanatan Anand ilə görüşəcək. Azərbaycanın ikinci nümayəndəsi Rauf Məmmədov italiyalı Fabiano Karuana ilə mübarizə aparacaq.

Bu turda Uesli So (ABŞ)–Maqnus Karlsen (Norveç), Vladimir Kramnik (Rusiya)–Maksim Vaşye-Laqrav (Fransa), Maykl Adams (İngiltərə)–Aniş Giri (Hollandiya) partiyaları oynanılacaq.

Yeddi turdan sonra turnir cədvəlində vəziyyət belədir: Maqnus Karlsen–5,5, Vişvanatan Anand–4,5, Fabiano Karuana, Uesli So–hərəyə 4, Şəhriyar Məmmədyarov–3,5, Maksim Vaşye-Laqrav, Aniş Giri, Rauf Məmmədov–hərəyə 3, Vladimir Kramnik–2,5, Maykl Adams–2 xal.