Nepalın paytaxtı Katmandu yaxınlığında 7,8 ballıq meydana gələn zəlzələdə ölənlərin sayı 896 nəfərə çatıb. Nepalın paytaxtı Katmandu yaxınlığında 7,8 ballıq meydana gələn zəlzələdə ölənlərin sayı 896 nəfərə çatıb.

Nepal zəlzələsində ölənlərin sayı 1 800-ü keçdi - FOTO+VİDEO

Nepalın paytaxtı Katmandu yaxınlığında 7,8 ballıq meydana gələn zəlzələdə ölənlərin sayı 896 nəfərə çatıb.

AzNews.az xəbər verir ki, dağılan çox saylı binaların qalıqları altında hələ də yüzlərlə insanın olduğu deyilir.

Şahidlərin sözlərinə görə, insanların keçirdiyi sarsıntı hər saniyə davam edir.

Yerli vaxtla saat 11.56 radələrində yerin 15 kilometr dərinliyində baş verən zəlzələnin mərkəzinin Katmandunun 77 kilometr şimal-qərbində olduğu açıqlanıb.

AFP-nin xəbərinə görə, Nepal polisi ölkədə son 81 ildə qeydə alınan zəlzələdə ən azından 876 adamın öldüyünü bildirib.

Zəlzələ qonşu Hindistan, Pakistan və Banqladeşdə də hiss edilib və bu ölkələrdə 30-dan artıq adamın öldüyü deyilir.

Katmanduda 1832-ci ildə inşa edilən tarixi bir qüllə də dağılıb. 14 mərtəbəli qüllənin xarabalıqlarında axtarış xilasetmə işləri davam edir. Dağıntı altında 200 nəfərin olduğu güman edilir.

Zəlzələdən təxminən bir saat sonra 6,6 ballıq ikinci zəlzələ də olub.
Zəlzələdən sonra Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb: "Nepalda olan vətəndaşlarımızdan bəziləri ilə əlaqə saxladıq. Orda hər hansı bir Türk vətəndaşının həyatını itirdiyi və ya yaralandığı qeyd edilməyib".

Açıqlamada Nepal xalqına və hökumətinə başsağlığı verilib.


***


Təbii fəlakət nəticəsində 4718 nəfər xəsarət alıb

Ötən gün Nepalda baş vermiş güclü zəlzələ zamanı ölənlərin sayı 1805 nəfərə çatıb. "RİA Novosti"nin xəbərinə görə, bu barədə Nepalın Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatına görə, təbii fəlakət nəticəsində 4718 nəfər xəsarət alıb.

Zəlzələnin episentri paytaxt Katmandunun şimal-qərbindən 82 kilometr aralıda, 15 kilometr dərinlikdə və 7,9 bal gücündə olub. Zəlzələ nəticəsində Katmandunun tarixi rayonuna ciddi ziyan dəyib.

Nepal hökuməti güclü zəlzələ ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Nepal hakimiyyəti ölkələrə humanitar yardımla bağlı müraciət edib.


image description image description