Nepaldakı yeraltı təkanlar zəlzələdən sonra Hindistanda baş vermiş yeraltı təkanlar nəticəsində ilkin məlumata görə 36 nəfər ölüb. Nepaldakı yeraltı təkanlar zəlzələdən sonra Hindistanda baş vermiş yeraltı təkanlar nəticəsində ilkin məlumata görə 36 nəfər ölüb.

Daha bir dəhşətli zəlzələ: 36 nəfər öldü

Nepaldakı yeraltı təkanlar zəlzələdən sonra Hindistanda baş vermiş yeraltı təkanlar nəticəsində ilkin məlumata görə 36 nəfər ölüb.


APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, zəlzələ nəticəsində ölkənin Bihar ştatında 25 nəfər ölüb, daha 8 nəfər Pradeş, 3 nəfər isə Qərbi Benqaliya ştatında ölüb.

Yeraltı təkanlar paytaxt Nyu Deli daxil olmaqla, Hindistanın şimalındakı əksər yaşayış məntəqələrində hiss olunub.

Qeyd edək ki, bu gün Nepalda baş vermiş güclü zəlzələ zamanı ölənlərin sayı 1500 nəfəri keçib. Zəlzələnin episentri paytaxt Katmandunun şimal-qərbindən 82 kilometr aralıda, 15 kilometr dərinlikdə və 7,9 bal gücündə olub. Zəlzələ nəticəsində Katmandunun tarixi rayonuna ciddi ziyan dəyib.

Nepal hökuməti güclü zəlzələ ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Nepal hakimiyyəti ölkələrə humanitar yardımla bağlı müraciət edib.