Xarici İşlər Nazirliyi (XİN) Nepalda baş vermiş zəlzələ ilə əlaqədar bu ölkədə olan Azərbaycan vətəndaşlarının vəziyyəti haqqında məlumat yayıb. Xarici İşlər Nazirliyi (XİN) Nepalda baş vermiş zəlzələ ilə əlaqədar bu ölkədə olan Azərbaycan vətəndaşlarının vəziyyəti haqqında məlumat yayıb.

Nepaldakı azərbaycanlılarla bağlı- Rəsmi açıqlama

Xarici İşlər Nazirliyi (XİN) Nepalda baş vermiş zəlzələ ilə əlaqədar bu ölkədə olan Azərbaycan vətəndaşlarının vəziyyəti haqqında məlumat yayıb.



Bu barədə Azərtac-a danışan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, XİN-nin təlimatı əsasında Azərbaycan Respublikasının Hindistandakı Səfirliyi Nepalda baş vermiş təbii fəlakət ilə əlaqədar Nepaldakı Azərbaycan vətəndaşları ilə təmasları davam etdirir.

İlkin məlumata əsasənn Nepalda 6-sı uşaq olmaqla, 14 Azərbaycan vətəndaşı arasında zəlzələ nəticəsində ciddi xəsarət halı qeydə alınmayıb. Azyaşlı uşaqlardan biri yüngül sıyrıq xəsarəti alıb və hal-hazırda vəziyyəti yaxşıdır.

Akkreditasiya dairəsinə Nepalın da daxil olduğu Azərbaycan Respublikasının Hindistandakı Səfirliyi vəziyyəti diqqətdə saxlayır.