Zəlzələdə ölənlərin sayı 2000-i keçdi

Nepalda baş verən 7,9 bal gücündəki zəlzələdə ölənlərin sayı 2000 nəfəri keçib.

AzNews.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Nepal rəsmiləri məlumat veriblər. Ölənlərin sayının daha da artacağı ehtimal edilir. Nepalda baş verən dəhşətli təbii fəlakət nəticəsində uçqunların altında qalanların axrarışları davam edir.

Türkiyə də daxil olmaqla, bir çox ölkələr Nepala yardım göndərib. Evi uçmuş insanların yemək, su və çadıra ehtiyacları olduğu bildirilib. Zəlzələnin vurduğu ziyanın həcmi isə hələlik məlum deyil.

Qeyd edilib ki, bu faciə son 81 ilin ən dəhşətli təbii fəlakəti sayıla bilər.