Xoşqədəm Hidayətqızı Doğuşla müqavilə bağlayır

AzNews.az xəbər verir ki, "Xoşqədəmlə səni axtarıram" proqramının aparıcısı bu barədə sosial şəbəkədə yazıb.

"Mən hər zaman yeni ailə quranlara nikah müqaviləsi bağlamağı məsləhət görmüşəm. Nədənsə bu müqavilənin adı gələndə hamı qorxur. Niyəsini özüm də bilmirəm. Məncə, biz tanınan insanlar gələcəkdə ayrılarkən övladına ailment belə ala bilməyən qadınlarımıza bir cəsarət olsun deyə, bu müqaviləni birinci bağlamalıyıq. Onsuz da, biz ayaqda duran insanlar üçün bu müqavilə lazım deyil, yəni bu bizim üçün formal bir şeydir. Amma öz haqqını müdafiə edə bilməyən, çarəsiz xanımlarımızı gələcəkdə qarşılaşacaqları çətinliklərdən qorumaq üçün bizlər bu addımı atmalı və bununla da nikah müqaviləsinin önəmli olduğu mesajını verməliyik. Bir-birini sevən insanlar üçün bu müqavilə adi bir şeydi. Qorxmağa dəyməz!"