“Boko Haram” adını dəyişdi və İŞİD-in tərkibinə keçdi

Nigeriyadakı "Boko Haram" ("Qərb təhsili haramdır" –tərc.) terror qruplaşması adını dəyişib. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bundan sonra o, "İslam Dövlətinin Şimali Afrika əyaləti" adlanacaq.

Qeyd edək ki, qruplaşma 2002-ci ildən "Boko Haram" adını daşıyırdı.

Bundan öncə xəbər verilmişdi ki, İŞİD terror qruplaşması (indiki adı "İslam Dövləti" - İD) Nigeriya qruplaşmasının sədaqət andını qəbul edib. Bu barədə hörgütün mətbuat katibi Muhəmməd əl-Adnani bildirmişdi.