“Möhtəşəm yüzil“in davamı çəkilir

"Möhtəşəm yüzil" serialının davamı olaraq çəkiləcək "Kösem Sultan"ın baş rol ifaçısı məlum olub.

AzNews.az SİA-ya istinadən xəbər verir ki, serialın aylardır Türkiyədə və Avropada apardığı kastinqlər sona çatıb.

Ekran işinin ilk mövsümündə Kösem Sultanın 16-20 yaşdakı obrazını Bensu Soralın oynayacağı dəqiqləşib. 23 yaşlı Bensu aktrisa Hande Soralın bacısıdır. O, "Vicdan" və "Boynu bükükler" serialından tanınır. Star TV-də ekrana gələcək "Kösem Sultan" serialının əsas roluna Beren Saat, Tuba Büyüküstün və Sibel Kekilli namizəd olsa da "TİMS Production" B.Soralın üzərində dayanıb.

Serialda digər rol olan Safiye Sultan obrazı üçün uyğun aktrisa axtarışı isə hələ davam edir.