Ağır qəza oldu - ölən var

Bu gün axşam saatlarında Goranboyda ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Şıxlar kəndinə gedən yolda baş verib.

Milli.Az xəbər verir ki, Kəpəz televiziyasına (Region TV) verilən məlumata görə, sürücüsü hələ ki məlum olmayan VAZ 2106 markalı avtomobil hərəkətdə olarkən yol kənarında dayanan ekskavatora çırpılıb. Ağır qəza nəticəsində ölən və yaralananlar var.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.