Futbol üzrə İspaniya La Liqasında 33-cü turun oyunları davam edir. Futbol üzrə İspaniya La Liqasında 33-cü turun oyunları davam edir.

“Real Madrid“ 3 xalı 4 qolla qazandı - VİDEO

Futbol üzrə İspaniya La Liqasında 33-cü turun oyunları davam edir.


AZNEWS.AZ Qol.az-a istinadən xəbər verir ki, növbəti oyun günündə daha 4 görüş keçirilib.

"Malaqa" öz meydanında"Deportivo" ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib – 1:1.

"Almeria" azarkeşləri önündə "Etbar"ı məğlub edib – 2:0.
Eyni hesabla "Sevilya" "Rayo Valekano"nu üstələyib.

Madrid "Real"ı isə səfərdə "Selta Viqo"nun qonağı olub. Meydan sahibləri oyuna fəal başlayıb və hesabı açan tərəf olub. Lakin Karlo Ançelottinin komandası 4:2 hesabı ilə qalib gələrək sensasiyaya imkan verməyib.

Qeyd edək ki, La Liqada 33-cü tura bu gün keçiriləcək "Valensiya" – "Qranada" oyunu ilə yekun vurulacaq.

26 aprel
İspaniya La Liqası, 33-cü tur


"Malaqa" – "Deportivo" - 1:1
Qollar: Nordin Amrabat, 47(1:0), Riera, 60 (1:1)

"Almeria" – "Eybar" - 2:0
Qollar: Bifuma, 8, Verza, 68-pen.

"Sevilya" – "Rayo Valekano" - 2:0
Qollar: Visente İborra, 17 (1:0), Daniel Karriko, 43

"Selta Viqo" – "Real" (Madrid) - 2:4
Qollar: Nolito, 9 (1:0), Toni Kross, 16 (1:1), Xavier Hernandez, 24 (1:2), Santi Mina, 28 (2:2), Xames Rodriqez, 44 (2:3), Xavier Hernandez, 69 (2:4)