İŞİD terror təşkilatının 12 yaraqlısı həbs edilib. İŞİD terror təşkilatının 12 yaraqlısı həbs edilib.

İŞİD-in 12 yaraqlısı həbs edildi – Malayziyada

İŞİD terror təşkilatının 12 yaraqlısı həbs edilib.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.

Məlumata görə, yaraqlılar Malayziyada saxlanılıb. Onlar Kuala-Lampur şəhərində terakt törətməyə cəhddə ittiham edilir.

Həbs edilənlərin yaşlarının 17-dən 41-dək olduğu deyilir.

Polis həbs zamanı yaraqlılardan çoxlu sayda partlayıcı maddə götürüb.

Qeyd edək ki, Malayziya polisi Facebook sosial şəbəkəsində İŞİD-in sıralarına insanları cəlb edən 500 nəfəri aşkar edib.