Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) hazırkı prezident Nursultan Nazarbayevi seçkilərin qalibi elan edib. Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) hazırkı prezident Nursultan Nazarbayevi seçkilərin qalibi elan edib.

Nazarbayev yenidən Qazaxıstanın prezidenti seçildi – VİDEO

Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) hazırkı prezident Nursultan Nazarbayevi seçkilərin qalibi elan edib.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.
Məlumata görə, ölkədə keçirilən növbədənkənar prezident seçkilərində əhalinin 97.7 faizi Nursultan Nazarbayevə səs verib.

MSK-nın açıqlamasına görə, seçkilərin son nəticələri may ayının 3-dək elan ediləcək.

Seçkilərdə namizəd kimi qeydə alınan Turqun Sızdıkov 1.6, Abelqazi Kusainov isə 0.7 faiz səs toplayıb.

75 yaşlı Nazarbayev dünən gecə çıxış edərək seçicilərinə minnətdarlığını bildirib.

"Mən ölkənin hər bir vətəndaşına mənə inandığına görə təşəkkür edirəm. Onlar uzun müddət Qazaxıstanın çiçəklənməsi üçün görülən işlərdə mənə kömək edib. Növbədənkənar prezident seçkisinin keçirilməsi ideyası Qazaxıstan Xalqlarının Milli Assambleyasına məxsus olub. Və bu ideyanı bütün qazaxıstanlılar dəstəkləyib. Seçki qanun çərçivəsində keçirilib. Ölkəmizə çoxlu sayda müşahidəçilər və jurnalistlər gəlmişdilər. Qazaxıstan bu seçkidə də özünün siyasi mədəniyyətini və demokratiyanın mövcudluğunu bir daha sübut etdi", - deyə Nazarbayev vurğulayıb.