Tarixdə bu gün: 27 aprel Tarixdə bu gün: 27 aprel

Bolşevik Rusiyasının 11-ci ordusu Bakıya daxil olub – 95 il öncə

Tarixdə bu gün: 27 aprel


Tarixdə bu gün aprelin 27-də 1920-ci ildə Bolşevik Rusiyasının 11-ci ordusu Bakıya daxil olub. Bu vaxt Xalq Cümhuriyyətinin ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri ilə döyüşdə idi, azsaylı sərhəd qoşunları isə rus ordusuna müqavimət göstərə bilməyib.

1494 - Osmanlı padşahı Qanuni-Sultan Süleyman dünyaya gəlib.

1791 - Amerika rəssamı və teleqraf sahəsində ixtiraçı Samuel Morze (Samuel Finley Breese Morse, 1791-1872) anadan olub. Elektromaqnit teleqraf aparatı ("Morze aparatı") və Morze kodun (teleqraf əlifbası) onun adı ilə bağlıdır.

1810 - Bethoven özünün ən məşhur piano əsəri olan Pür Eliseni ifa edib.

1820 - İngilis filosofu və sosioloqu, pozitivizimin nümayəndəsi, sosiologiyanın banilərindən biri Herbert Spenser (Spencer, 1820-1903) anadan olub.

1878 - Tacik milli ədəbiyyatının banisi, yazıçı və şair Sədrəddin Ayni (Səid-Muradzadə, 1878-1954) anadan olub.

1906 - Sankt-Peterburqda Rusiya imperiyasının parlamenti - I Dövlət Duması fəaliyyətə başlayıb. Azərbaycanda seçkilər bir qədər gec, may ayında keçirildiyi üçün azərbaycanlı deputatlar Dumanın işinə sonradan qoşulub. Dumaya beş azərbaycanlı deputat - Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov seçilib. 448 nəfərlik Dumada 36 müsəlman deputat olub və müsəlman fraksiyasına Ə. Topçubaşov rəhbərlik edib.

1908 - Londonda Yay Olimpiya Oyunları başlayıb.

1920 - Bolşevik Rusiyasının 11-ci ordusu Bakıya daxil olub. Bu vaxt Xalq Cümhuriyyətinin ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri ilə döyüşdə idi, azsaylı sərhəd qoşunları isə rus ordusuna müqavimət göstərə bilməyib. Bolşevik rəhbərliyi - Azərbaycan K(b)P MK və Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə Xalq Cümhuriyyətinin parlamentinə ultimatum verib. Vəziyyəti real dəyərləndirən parlament gərgin müzakirələrdən sonra ultimatumla razılaşıb və axşam saat 23.45-də hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul edilib. Parlamentin qərarında Azərbaycanın istiqlalının və ərazi bütövlüyünün qorunması, Milli Ordunun saxlanılması, siyasi partiyalara fəaliyyət azadlığı, Cümhuriyyətin dövlət xadimlərinə təqiblərin olmaması barədə şərtlər yer alıb, lakin bolşeviklər bu şərtlərin heç birini saya salmayıb.

1927 - Tanınmış rus aktyoru Yevgeni Aleksandroviç Morqunov (1927 - 25.6.1999) anadan olub. Leonid Qaydayın "I" əməliyyatı və Şurikin başqa macəraları", "Qafqaz əsiri" və s. filmlərdəki "Çoxbilmiş" rolu ilə məşhurlaşıb.

1932 - Fransız aktrisası, 50-60-cı illərin kinoulduzu Anuk Eme (Anouk Aimée - Françoise Sorya-Dreyfus) anadan olub. Filməri: "Kişi və qadın", "Səkkiz yarım" və s.

1940 - Ədəbiyyatşünas alim Bəhlul Ağabala oğlu Abdullayev (Bəhlul Abdulla) anadan olub.

1941 - İkinci Dünya Müharibəsi: Almaniya qüvvələri Afinaya daxil olub.

1951 - Tanınmış kamança ifaçısı, Əməkdar artist Ədalət Səfərəli oğlu Vəzirov (1951 - 5.10.2002) anadan olub.

1960 - Toqo müstəqillik qazanıb.

1961 - Syerr-Leone müstəqilliyini elan edib. İlk baş nazir Milton Marqay olub.

1981- "Xerox PARC" şirkəti ilk kompüter siçanını (Mouse) təqdim edib.

1992 - Azərbaycanla Macarıstan arasında diplomatik əlaqələr qurulub.

2007 - Dünya şöhrətli musiqiçi, violonçelist, dirijor, SSRİ Xalq artisti Mstislav Rostropoviç (27.3.1927, Bakı - 2007, Moskva) vəfat edib. Dünyanın bir çox ölkələrinin ali mükafatları, o cümlədən Azərbaycanın ən yüksək ordeni olan "Heydər Əliyev" ordeni ilə təltif olunub.