Nepalın paytaxtı Katmandu şəhərində baş verən 7.9 ballıq zəlzələdə Azərbaycandan olan bir azyaşlı uşaq da xəsarət alıb. Nepalın paytaxtı Katmandu şəhərində baş verən 7.9 ballıq zəlzələdə Azərbaycandan olan bir azyaşlı uşaq da xəsarət alıb.

Nepalda azyaşlı azərbaycanlı uşaq xəsarət alıb

Nepalın paytaxtı Katmandu şəhərində baş verən 7.9 ballıq zəlzələdə Azərbaycandan olan bir azyaşlı uşaq da xəsarət alıb.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "kavkaz-uzel" saytı yayıb.

Nepaldakı zəlzələdən sonra Azərbaycanın Hindistandakı səfirliyi Nepaldakı azərbaycanlıların vəziyyətilə maraqlanıb.

Bu faktı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev təsdiq edib.

Onun sözlərinə görə, Nepalda 6 uşaq da daxil olmaqla, Azərbaycanın 14 vətəndaşı var: "Zəlzələ zamanı onların arasında ciddi xəsarət alan olmayıb. Yalnız azyaşlı bir uşaq yüngül zədələnib. Hazırda onun vəziyyəti normaldır".

Qeyd edək ki, aprel ayının 25-də Nepalda baş verən zəlzələdə ölənlərin sayı 3300-ə yaxınlaşıb.