Nepalda olan Azərbaycan vətəndaşlarının bu ölkədən evakuasiya edilməsi üçün bütün mümkün tədbirlər görülür. Nepalda olan Azərbaycan vətəndaşlarının bu ölkədən evakuasiya edilməsi üçün bütün mümkün tədbirlər görülür.

Nepaldakı Azərbaycan vətəndaşları evakuasiya olunur - Səfirlik

Nepalda olan Azərbaycan vətəndaşlarının bu ölkədən evakuasiya edilməsi üçün bütün mümkün tədbirlər görülür.


Bunu Trend-ə Azərbaycanın Nepalda da akkreditasiya olunan Hindistandakı səfirliyindən bildiriblər. Qeyd olunub ki, Azərbaycan hökuməti və səfirliyi bu istiqamətdə əlindən gələni edir.

Səfirlikdən bildirilib ki, ilkin məlumata görə, Nepalda 6-sı uşaq olmaqla 14 Azərbaycan vətəndaşı yaşayır. Aprelin 25-də baş vermiş zəlzələ nəticəsində azərbaycanlılardan azyaşlı uşaq xəsarət alıb, lakin indi onun vəziyyəti normal olaraq qiymətləndirilir.