Tiflisdə Gürcüstan Qarapapaq Türkləri Birliyinin (GQTB) sədri Elmar Həsənli mətbuat nümayəndələri ilə görüşündə “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Borçalı ilə bağlı siyasi karyerasının bitdiyini dilə gətirib. Tiflisdə Gürcüstan Qarapapaq Türkləri Birliyinin (GQTB) sədri Elmar Həsənli mətbuat nümayəndələri ilə görüşündə “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Borçalı ilə bağlı siyasi karyerasının bitdiyini dilə gətirib.

Zəlimxan Məmmədli ittihama cavab verdi – “Borçalı” cəmiyyətində qalmaqal

Tiflisdə Gürcüstan Qarapapaq Türkləri Birliyinin (GQTB) sədri Elmar Həsənli mətbuat nümayəndələri ilə görüşündə “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Borçalı ilə bağlı siyasi karyerasının bitdiyini dilə gətirib.


O bildirib ki, Z.Məmmədli Gürcüstana buraxılmır, buna görə də "Borçalı" cəmiyyətinə yeni sədr lazımdır: "Ancaq o, bu addımı normal qaydada istefa verməklə ata bilər. Borçalı cəmiyyətinin qurultayında Zəlimxan Məmmədli onsuz da biabırçı şəkildə vəzifəsindən kənarlaşdırılacaq".

"Borçalı" cəmiyyətinin sədri Zəlimxan Məmmədli haqqında deyilən ittihamlara cavab verib.

O, AzNews.az-a Gürcüstan Qarapapaq Türkləri Birliyi adlı qurumu tanımadığını vurğulayıb: "Tanımadığım bir qurumun rəhbəri haqda fikir yürütmək istəmirəm. Görəsən o, bu sözləri hansı haqla və nəyə əsaslanaraq deyib".

Bahar RÜSTƏMLİ
AzNews.az