Rusiyanın “Mir” telekanalının əməkdaşı, 33 yaşlı fotoqraf Andrey Korıqin xanımı Yuliya Veçernina ilə birgə itkin düşüb. Rusiyanın “Mir” telekanalının əməkdaşı, 33 yaşlı fotoqraf Andrey Korıqin xanımı Yuliya Veçernina ilə birgə itkin düşüb.

Jurnalist xanımı ilə birlikdə itkin düşüb - Nepalda

Rusiyanın “Mir” telekanalının əməkdaşı, 33 yaşlı fotoqraf Andrey Korıqin xanımı Yuliya Veçernina ilə birgə itkin düşüb.

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "bloknot" saytı yayıb.

Məlumata görə, son dövrlər Nepalın paytaxı Katmandu şəhərində yaşayan cütlük Qazaxıstan vətəndaşı olan Yelena Şerpinin müşayiətilə təbiətin gözəlliklərini çəkmək üçün dağa çıxıb.

Son dəfə onlarla əlaqə aprelin 21-də yaradılıb. Zəlzələdən sonra isə əlaqə tamamilə kəsilib.

Hazırda xilasedicilər Lanqtanq dağ rayonunda Rusiya vətəndaşlarını və onlarla birgə gedən Yelenanı axtarırlar.

Qeyd edək ki, zəlzələ Everest dağında güclü torpaq sürüşməsi yaradıb. Nəticədə müxtəlif ölkələrdən olan 84 alpinist həlak olub.