Rusiyanın “1-ci” telekanalının azərbaycanlı aparıcısı İradə Zeynalova Azərbaycan və Türkiyəyə qarşı hörmətsizlik edib. Rusiyanın “1-ci” telekanalının azərbaycanlı aparıcısı İradə Zeynalova Azərbaycan və Türkiyəyə qarşı hörmətsizlik edib.

Abbas Abbasovun xanım kadrından Azərbaycana xəyanət – VİDEO

Rusiyanın “1-ci” telekanalının azərbaycanlı aparıcısı İradə Zeynalova Azərbaycan və Türkiyəyə qarşı hörmətsizlik edib.

AZNEWS.AZ xəbər verir ki, o, telekanalda yayımlanan xəbərlərin "Bazar günü" buraxılışında aparıcılıq edib və qondarma "erməni soyqrımı"ndan ağızdolusu danışıb.

İradə Zeynalova bildirib ki, 1915-ci ildə Osmanlı İmperiyası zamanı 1.5 milyon erməni türklər tərəfindən qətlə yetirilib: "Sağ qalanlar isə əllərində uşaq hara gəldi qaçıblar. Bu insanlardan bu günədək yaşayanlar isə türklərin o vəhşiliyindən söz açırlar. Türkiyə isə bu soyqırımı qəbul etməyib. Hətta, Roma Papası Fransiskin soyqırım haqda dediyi həqiqəti rəsmi Ankara inkar edib. Təkcə İrəvanda deyil, dünyanın bütün ölkələrində erməni diasporu bu qanlı faciəni yad ediblər. Mənim həmkarım İvan Prozorov İrəvandan soyqırımla bağlı "Hamı üçün eyni dərd" adlı reportaj hazırlayıb. Reportajda bir daha vurğulanır ki, belə qanlı tarix bir daha təkrar olunmasın".

Azərbaycanlı jurnalistin efirə verdiyi bu reportajda isə daha bir qıcıq yaradan məqam olub. "Türk vəhşiliyi"ndən danışılan video materialda arxa fonda Əlixan Səmədovun "Sən gəlməz oldun" kompozisiyası səsləndirilib.

Şübhəsiz ki, yəqin İradə Zeynalova efirə çıxmazdan öncə o reportaja baxıb. Əks halda o reportaj haqda belə ürəkyanğısı ilə danışa bilməzdi.

İndi bizim üçün bir sual yaranır: "Görəsən, bu xəyanətkar azərbaycanlı kimdir? Necə olub ki, o Rusiyanın "1-ci" telekanalına gedib çıxa bilib?".

Məsələ ilə bağlı AzNews.az maraqlı məlumatlar əldə edib. Məlum olub ki, həmin kanalda İradə Zenalova ilə yanaşı onun bacısı da çalışır. Və onların hər ikisini işə Azərbaycanın baş nazirinin sabiq 1-ci müavini, işlədiyi komandaya xəyanətdə suçlanan Abbas Ababov düzəldib.