Səbail rayonunun Neftçilər prospektində 2 piyada avtomobillə vurulub. Səbail rayonunun Neftçilər prospektində 2 piyada avtomobillə vurulub.

2 piyadanı vuran sürücü qaçdı – DİN-dən açıqlama

Səbail rayonunun Neftçilər prospektində 2 piyada avtomobillə vurulub.


Daxili İşlər Nazirliyindən Aznews.az-a verilən məlumata görə, hadisəni "Hyundai-Elantra" markalı avtomobilin sürücüsü törədib. Kimliyi bəlli olmayan sürücü 30-35 yaşlarında 2 naməlum qadını vurub. Onlardan biri xəstəxanaya aparılarkən yolda ölüb, digərinin vəziyyəti orta-ağırdır.

Avtomobil Bakı BPİ DYPİ-nin əməkdaşları tərəfindən Zığ yolu küçəsində saxlanılıb, lakin sürücü avtomobildən düşərək qaçıb.

Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.