Milli Şuranın növbəti sessiyasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini, Yeni Demokratiya Hərəkatının sədri Razi Nurullayev və Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu qurumdan çıxarılıb. Milli Şuranın növbəti sessiyasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini, Yeni Demokratiya Hərəkatının sədri Razi Nurullayev və Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu qurumdan çıxarılıb.

“Razi Nurullayev prinsipləri pozduğuna görə xaric edildi” - Milli Şura

Milli Şuranın növbəti sessiyasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini, Yeni Demokratiya Hərəkatının sədri Razi Nurullayev və Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu qurumdan çıxarılıb.


Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev bu faktı təsdiq edib.

O, AzNews.az-a bildirib ki, KXCP-nin sədri Mirmahmud Mirəlioğlunun qurumdan çıxarılması onun öz istəyilə baş verib: "Mirmahmud ağanın və bir sıra KXCP üzvlərinin Milli Şurada fəaliyyətlərini dayandırdıqları haqqında mətbuatda çıxışları olub. Milli Şura da onların istəklərini nəzərə alıb. Razi Nurullayevin məsələsi isə fərqli olub. Onun fəaliyyəti Milli Şuranın prinsip və marağlarına uyğun gəlməyib və bu baxımdan da xariç edilib".

Bahar RÜSTƏMLİ