Lənkəran rayonunda qətl hadisəsi qeydə alınıb. Lənkəran rayonunda qətl hadisəsi qeydə alınıb.

Qonşusunu öz evində bıçaqladı

Lənkəran rayonunda qətl hadisəsi qeydə alınıb.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Nüvədi qəsəbəsində baş verib. Rayon sakini Vurğun Əlizadə münaqişə zəminində qonşusu Şamama Fərəcovaya bıçaqla xəsarət yetirib. Ş.Fərəcova aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib.

V.Əlizadə könüllü olaraq Lənkəran ŞRPŞ-yə gələrək təslim olub.