“Qanun” nəşriyyatı 3 yeni kitab nəşr edib. “Qanun” nəşriyyatı 3 yeni kitab nəşr edib.

“Qanun”dan uşaqlar üçün - 3 KİTAB

“Qanun” nəşriyyatı 3 yeni kitab nəşr edib.


AzNews.az xəbər verir ki, yeni nəşr olunmuş kitabların hər 3-ü uşaqlar üçün nəzərdə tutulub.

Həmin əsərlərin siyahısını və onlar haqda qısa məlumatı təqdim edirik.


Yonca uşaq kitabları seriyasından "Balaca və Karlson" dünyanın ən çox tərcümə olunan müəllifi Astrid Lindqrenin qələmindən çıxıb.



"Stokholm şəhәrinin küçәlərindən birində Svanteson soyadlı sadə bir İsveç ailәsi yaşayırdı. Bu ailə atadan, anadan və onların üç uşağından – Bosse, Betan vә Balacadan ibarәt idi.

Balaca hәmişә deyirdi:
– Mәn heç dә әn adi balaca deyilәm.
Ancaq bunu o, әlbәttə, düz demirdi. Axı yer üzündә o qәdәr yeddiyaşlı, göygöz oğlan var ki! Onların da qulaqları kirli, şalvarlarının dizi cırıq olur. Ona görә dә heç şübһәniz olmasın: Balaca әn adi oğlan idi..."


Digər 2 nəşr isə "Balacalar üçün sehirli nağıllar" və 4 dildə "İllüstrasiyalı lügət" kitablarıdır.





"İllüstrasiyalı lüğət" nəşri xarici dilləri yeni öyrənməyə başlayanlar üçün Azərbaycan, rus, ingilis, alman və fransız dillərində olan lüğətdir. O, məktəbəqədər və orta məktəbin ilk siniflərində təhsil alan uşaqların işini xeyli asanlaşdıra bilər. Nəşrdəki rəngli illüstrələr sözləri həm anlamağa, həm də yadda saxlamağa imkan verir. Kitabda mövzular bölmələr üzrə yerləşdiyindən, lazımi sözləri asanlıqla tapmaq imkanı yaranır.
Bu kitab vasitəsilə azyaşlı oxucular eyni vaxtda bir neçə xarici dilə dair xeyli söz ehtiyatına malik olmaq imkanı qazanır.