Vüqar Qaradağlı tələbələrin “Ana xəbər” bülletenini izləyib. Vüqar Qaradağlı tələbələrin “Ana xəbər” bülletenini izləyib.

ATV televiziyasının prezidenti tələbələrlə görüşdü - FOTO

Vüqar Qaradağlı tələbələrin “Ana xəbər” bülletenini izləyib.


Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində televiziyada praktik iş fənnindən tələbələrin yekun işlərinin təqdimatı keçirilib.

AzNews.az xəbər verir ki, mərasimdə tələbələrin hazırladığı "Ana xəbər" bülleteni və bir neçə sosial çarx nümayiş etdirilib.

Təqdimatda "Azad Azərbaycan" televiziyasının prezidenti Vüqar Qaradağlı, fakültə dekanı Şamil Vəliyev, teleradio jurnalistikası kafedrasının müdiri Aynur Kərimova və fakültənin professor-müəllim heyəti iştirak edib.

Tələbələrin də iştirak etdiyi tədbirdə Vüqar Qaradağlı gənc jurnalistlərin fəaliyyətini uğurlu hesab edib və onlara öz iradlarını bildirib. "Ana xəbər" bülletenin düzgün qurulmadığını bildirən Vüqar Qaradağlı tələbələri "Azad Azərbaycan" televiziyasında praktik təcrübəyə dəvət edib.
image description