“2000-ci ilin əvvəllərində Şimali Qafqazda fəaliyyət göstərən yaraqlılar ABŞ xüsusi xidmət orqanlarının Azərbaycandakı nümayəndələrilə birbaşa əlaqə yaradıb”. “2000-ci ilin əvvəllərində Şimali Qafqazda fəaliyyət göstərən yaraqlılar ABŞ xüsusi xidmət orqanlarının Azərbaycandakı nümayəndələrilə birbaşa əlaqə yaradıb”.

“ABŞ-ın Azərbaycanda xüsusi xidməti fəaliyyət göstərib” - Putindən ittiham

“2000-ci ilin əvvəllərində Şimali Qafqazda fəaliyyət göstərən yaraqlılar ABŞ xüsusi xidmət orqanlarının Azərbaycandakı nümayəndələrilə birbaşa əlaqə yaradıb”.

AZNEWS.AZ xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin "Rossiya 1" telekanalında yayımlanan "Prezident" filmində səsləndirib.

Onun sözlərinə görə, Rusiyanın xüsusi xidmət orqanlarının bu əlaqədən xəbəri olub və bu haqda ABŞ-ın o vaxtkı prezidentindən izahat tələb edib.

"On gündən sonra Federal Təhlükəsizlik Xidməti Vaşinqtondakı həmkarlarından belə məzmunda məktub alıb: "Biz Rusiyanın bütün müxalifət qüvvələrilə həmişə əlaqə saxlamışıq və gələcəkdə də bu əlaqəni davam etdirəcəyik". Bütün qərb kəşfiyyatçılarının birbaşa məqsədi Rusiyanı neytrallaşdırmaq olub", - deyə Putin vurğulayıb.