Türkiyə Yəhudiləri İcmasının rəhbərləri və nümayəndələri Azərbaycanda səfərdədir. Səfərin məqsədi Azərbaycandakı tolerant və multikultural mühitlə tanışlıqdır. Bu səfər çərçivəsində qonaqlar müxtəlif qurumlarla görüşlər keçirir. Türkiyə Yəhudiləri İcmasının rəhbərləri və nümayəndələri Azərbaycanda səfərdədir. Səfərin məqsədi Azərbaycandakı tolerant və multikultural mühitlə tanışlıqdır. Bu səfər çərçivəsində qonaqlar müxtəlif qurumlarla görüşlər keçirir.

Türkiyə Yəhudiləri Multikulturalizm Mərkəzinin qonağı oldu

Türkiyə Yəhudiləri İcmasının rəhbərləri və nümayəndələri Azərbaycanda səfərdədir. Səfərin məqsədi Azərbaycandakı tolerant və multikultural mühitlə tanışlıqdır. Bu səfər çərçivəsində qonaqlar müxtəlif qurumlarla görüşlər keçirir.


AzNews.az xəbər verir ki, bu görüşlərdən biri də Bakı Beynəlxalq Multikulturalizm mərkəzində olub. Görüşdə Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məslələr üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi professor Etibar Nəcəfov, Multikulturalizm Mərkəzinin İcraçı direktoru Azad Məmmədov, Mərkəzin müşaviri Aynur Bəşirli, Türkiyə Yəhudi İcması Haham başı müşaviri Ceki Kazmir, İzmir Yəhudi İcması Yəhudi Təşkilatının sədri Rafael Qranati, İstanbul Asiya tərəfinin Yəhudi İcmasının rəhbəri Eli Arditi və İzmir Yəhudi İcmasının rəhbəri Şami Azar iştirak edib.

Söhbət zamanı Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi professor Etibar Nəcəfov Azərbaycanda olan multikultural mühitdən danışıb və multikulturalizmin dövlət siyasəti və eyni zamanda həyat tərzimiz olduğunu bildirib.

Multikulturalizm Mərkəzinin İcraçı direktoru Azad Məmmədov və müşaviri Aynur Bəşirli qonaqlara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması, fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib.

Qonaqlara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi" fənninin yerli və xarici universitetlərdə tədrisi haqqında geniş məlumat verilib.

Görüş zamanı qeyd olunub ki, İsrail dövlətindən sonra, yalnız Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbəsində yahudilər konpakt şəkildə yaşayırlar.

Türkiyə Yəhudi İcmasının Haham başı müşaviri Ceki Kazmir Azərbaycanda multikultural mühitin çox yüksək səviyyədə olduğunu, Azərbaycanda multikulturalizm siyasətinin uğurla aparıldığını qeyd edib. Görüşdə İsrailin Tel Aviv və Akko şəhərlərində Multikulturalizm Mərkəzi ilə birgə həyata keçirməyi planlaşdırılan layihələr və tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar Multikulturalizm Mərkəzinin stukturu və kollektivi ilə tanış olublar.
image description