Son zamanlar kompüterdəki məlumatları şifrələyən "Critroni" və ya "CTB Locker" olaraq tanınan ziyanverici proqram (ransomware) yayılıb. Proqram bir qrup haker tərəfindən yaradılıb və artıq yüzlərlə insanın şəxsi informasiyaları kompüterindən silinib. Zərərçəkənlər arasında Azərbaycanın tanınmış şəxsləri də var. Son zamanlar kompüterdəki məlumatları şifrələyən "Critroni" və ya "CTB Locker" olaraq tanınan ziyanverici proqram (ransomware) yayılıb. Proqram bir qrup haker tərəfindən yaradılıb və artıq yüzlərlə insanın şəxsi informasiyaları kompüterindən silinib. Zərərçəkənlər arasında Azərbaycanın tanınmış şəxsləri də var.

SOS: Kompüterinizə müdaxilələr var - fayllarınız ələ keçirilir (Araşdırma)

Son zamanlar kompüterdəki məlumatları şifrələyən "Critroni" və ya "CTB Locker" olaraq tanınan ziyanverici proqram (ransomware) yayılıb. Proqram bir qrup haker tərəfindən yaradılıb və artıq yüzlərlə insanın şəxsi informasiyaları kompüterindən silinib. Zərərçəkənlər arasında Azərbaycanın tanınmış şəxsləri də var.


AzNews.az-ın araşdırmasına görə, ransomware - kompüterə yoluxan və onun sərt diskindəki (hard disk) məlumatları şifrələyən ziyanverici proqramdır. Şifrəni açmaq və məlumatları bərpa etmək üçün isə istifadəçidən müəyyən ödəniş tələb edir. Həmin tələb istifadəçinin kompüterində xəbərdarlıq şəklində yayımlanır. Verilən zaman çərçivəsində tələb olunan ödənişi etmədiyi təqdirdə istifadəçinin məlumatlarını şifrələmək üçün istifadə olunmuş açarı yox etməklə təhdid edir. Bu da mövcud məlumatların itirilməsinə gətirib çıxarır.



Bu ziyanverici proqram təminatı əsasən spam məktublar vasitəsilə kompüter istifadəçilərinə göndərilir. İstifadəçi bu məktubları açdığı zaman ziyanverici proqramlar kompüterə yüklənmiş olur. Kompüterə yükləndiyi andan Critroni - istifadəçinin şəkil, video, sənəd və digər məlumatlarını şifrələməyə başlayır. Məlumatlar şifrələndikdən sonra istifadəçidən 72 saat müddətində bitcoin vasitəsilə müəyyən ödəniş etməyi tələb edir. Ödəniş edilməyən müddətdə istifadəçinin şəxsi məlumatlarını geri almaq mümkün olmur.

Bəs bu halla rastlaşan insanlar nə etməlidirlər?

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin əməkdaşı Ellada Mustafayeva AzNews.az-a açıqlamasında deyib ki, proqram vasitəsilə itirilimiş məlumatları bərpa etmək mümkündür. Bunun üçün həmin fayllarını bərpa vasitələrindən və ya sistemin ehtiyat nüsxəsindən istifadə edərək geri qaytarmaq olar. Həmçinin bu fəaliyyəti həyata keçirən digər proqram təminatlarından da istifadə etmək mümkündür.



Sözügedən haker qruplaşmalarından necə qorunmalı?

Mütəxəssislər deyir ki, bu ziyanverici proqram təminatından mühafizə üçün antivirus proqramlarınızı daim işlək vəziyyətdə saxlamaq lazımdır. Bununla yanaşı, istifadəçilərə spam məktubları açmamaq, həmin məktublardakı faylları kompüterə yükləməmək, əgər həmin fayllar səhvən yüklənmişsə, onları açmamaq tövsiyə edilir.

Qeyd edək ki, Critroni bu vaxta kimi mövcud olan bu cür proqram təminatlarından C&C (Command and Control - Əmr et və nəzarət et) serverini gizlədən və TOR şəbəkəsindən istifadə edən ilk ransomware olaraq qəbul edilir.

Nigar ETİBAR