Kriminal aləmin ən çəkili "qanuni oğru"su sayılan "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşov Rövşən Lənkəranskini öz himayəsinə götürdüyünü bəyan edib. Kriminal aləmin ən çəkili "qanuni oğru"su sayılan "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşov Rövşən Lənkəranskini öz himayəsinə götürdüyünü bəyan edib.

Rövşən Lənkəranskinin taleyi həll ediləcək - Moskvada

Kriminal aləmin ən çəkili "qanuni oğru"su sayılan "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşov Rövşən Lənkəranskini öz himayəsinə götürdüyünü bəyan edib.


APA TV-nin Vesti.aza istinadən verdiyi məlumata görə, bu yaxınlarda Rusiya paytaxtında bütün "qanuni oğru"ların iştirakı ilə toplantı keçiriləcək. "Şakro Molodoy"un təşkilatçısı olduğu bu yığıncaqda azərbaycanlı Rövşən Canıyevin titulundan məhrum edilməsi ilə bağlı fətva verən "qanuni oğru"lardan bu qərarı nə üçün verdikləri soruşulacaq.

Xatırladaq ki, kriminal aləmin "Ded Xasan" ləqəbli "xaç atası" Aslan Usoyanın qətlindən sonra qoca "oğru"lar Rövşən Lənkəranskinin cəzalandırılması barədə qərar çıxarıblar. Qətldə məhz o təqsirli bilinir. Buna görə də azərbaycanlı "qanuni oğru" üçün bu toplantının çıxaracağı qərarın əhəmiyyətli olduğu bildirilir. Bundan əlavə, toplantıda ən sərt cəzanın gürcü "qanuni oğru" Gela Kardavanı gözləyir. O, bir müddətdir gizlənir.

Yığıncaqda bir neçə şəxsə ad veriləcəyi də deyilir. Kardava cəzalandırılacaq sonuncu gürcü nümayəndəsi olmayacaq. Onunla bərabər Badri Koquaşvili, Tariel Oniani və Merab Canqveladzenin də adları çəkilir. "Şakro Molodoy" "qanuni oğru"ların siyahısına əl gəzdirməkdə israrlıdır. Titulun alınması isə kriminal aləmdə ölümə bərabər hesab olunur.