Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev Yeni Demokratiya Hərəkatının təsisçisi Razi Nurullayevin ünvanına qarşı sərt ifadələr işlədib: Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev Yeni Demokratiya Hərəkatının təsisçisi Razi Nurullayevin ünvanına qarşı sərt ifadələr işlədib:

Razi Nurullayev Eldəniz Quliyevə cavab verdi: “Vaxt gələr, üzr istəyər”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev Yeni Demokratiya Hərəkatının təsisçisi Razi Nurullayevin ünvanına qarşı sərt ifadələr işlədib:

"Onun qurumdan kənarlaşdırılması "Bir ayağı iqtidarda, bir ayağı müxalifətdə olması" ilə bağlıdır".

Yeni Demokratiya Hərəkatının təsisçisi Razi Nurullayev bu fikrə münasibət bildirib. O, AzNews.az-a deyib ki, E.Quliyev yanlışlıq etdiyinə görə üzr istəyəcək:
"Mənim ayaqlarım bir yerdədir və həmişə də belə olub. Qiyməti bizə xalq və seçici verir. Eldəniz müəllim çox hissə qapılır. Zaman hər şeyi yoluna qoyacaq. Vaxt gələr, Eldəniz müəllim yanlışlıq etdiyinə görə üzr istəyər. Mən onun üzrünü qəbul edərəm. Əgər mənim ona qarşı yanlışlığım olsa, mən ondan üzr istəməkdən çəkinməzdim".

R.Nurullayev əlavə edib ki, E.Quliyevin ziyalı kimi olanları araşdırmaq və ona uyğun açıqlama vermək borcudur: "Eldəniz bəy, səmimi olun. Niyə belə məsələləri üzərinizə götürürsünüz? Danışmaq istəyən o qədər var ki, qoy danışsınlar. Kənardan yaxşı görünmür. Hər kəsə sms gəlir ki, sessiyada iştirak edin. Mənə isə daha gəlmir. Mən də gələcəyi görən Nostradamus deyiləm. Gözəl insan və ziyalı kimi Eldəniz müəllimin borcudur ki, bunu araşdırıb yeni bir açıqlama versin. Bu zaman sizin səmimi olduğunuzu və heç kimin oyununda fiqur olduğunuzu düşünməyəcəm. Hesab edirəm ki, siz özünüz böyük oyunçusunuz və çox fiqurların gedişini özünüz müəyyən edə bilərsiniz. Allah sizə insaf və həqiqəti üzə çıxarmaq üçün güc versin".

Qeyd edək ki, E. Quliyev Razi Nurullayev haqda fikrini APA-da səsləndirib.

Lalə