Nigeriyanın şimal-şərqində “Boko Haram” qrupunun yaraqlıları 21 nəfəri güllələyib. Nigeriyanın şimal-şərqində “Boko Haram” qrupunun yaraqlıları 21 nəfəri güllələyib.

“Boko Haram” 21 nəfəri güllələdi

Nigeriyanın şimal-şərqində “Boko Haram” qrupunun yaraqlıları 21 nəfəri güllələyib.


AzNews.az xəbər verir ki, faciəvi hadisə Bultamar kəndində qeydə alınıb.

Bu haqda məlumatı "France-Presse" agentliyi yerli məmurlara və sakinlərə istinadən yayıb.

Məlumata görə, 21 kişi qida məhsulları götürmək üçün öz kəndlərinə qayıdan zaman yaraqlılar tərəfindən saxlanılıb və qətlə yetirilib.

Qeyd edək ki, bir gün öncə "Boko Haram" İŞİD-ə qatılaraq öz adını dəyişib və "İslam dövlətinin Qərbi Afrika əyaləti" qoyub.