Bakının Yasamal rayonunda baş vermiş yanğın zamanı ölüm faktı qeydə alınıb. Bakının Yasamal rayonunda baş vermiş yanğın zamanı ölüm faktı qeydə alınıb.

Yasamalda baş verən yanğın söndürülüb – 22 yaşlı gənc öldü (YENİLƏNİB)

Bakının Yasamal rayonunda baş vermiş yanğın zamanı ölüm faktı qeydə alınıb.


AZNEWS.AZ APA-ya istinadən xəbər verir ki, yanğın başladıqda çayxananın işçisi 22 yaşlı Xanbabayev Şöhrət Әlövsət oğlu və digər bir nəfər içəridə olub.

Yanğından xilas olmağa çalışan 22 yaşlı gənc qapının şüşəsini sındıraraq bayıra çıxmaq istəyib. Bu zaman şüşə qırıqları onun ayaq damarlarını kәsib. Təcili tibbi yardım maşını ilә xəstəxanaya aparılan Şöhrət Xanbabayev qanitirmədən yolda dünyasını dəyişib.
Hadisə nəticəsində bir nəfər isə tüstüdən zəhərlənib.

Yanğın isə söndürülüb.

Bu faktı FHN DYMX-nin Yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzov təsdiq edib: "Çayxana 55, hüquq mәslәhәtxanası isə 155 kv.m. sahәdә yanıb. Yaxınlıqdakı market yanğından mühafizә olunub".

***
09:07

Bakı şəhərində bu gecə ikimərtəbəli satış məntəqəsində yanğın olub.

AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 310 kv.m olan ikimərtəbəli mansard tipli satış məntəqəsinin yanar konstruksiyaları 255 kv.m sahədə yanıb.

Ona bitişik ümumi sahəsi 54 kv.m olan avtomobil sexinin çayxana kimi fəaliyyət göstərən mansardında da 54 kv.m sahədə yanğın olub.

Yanğından hər 2 obyektin qalan hissəsi mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
image description image description image description image description