Tarixdə bu gün: 28 aprel Tarixdə bu gün: 28 aprel

Bu gün Azərbaycanda sovet hakimiyyəti qurulub – 95 il öncə

Tarixdə bu gün: 28 aprel


Tarixdə bu gün aprelin 28-də 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulduğu, Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığı elan edilib. Ölkədə hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə (MİK) verilib.

1848 - Danimarka bəstəkarı Lüdviq Şitte (Ludvig Schytte, 1848-1909) anadan olub. "Gero", "Məmlük" operalarının müəllifidir.

1902 - Rus yazıçısı, uşaqlar üçün çoxsaylı əsərlərin müəllifi Valentina Aleksandrovna Oseyeva (1902-1969) anadan olub. Əsərləri: "Vasek Trubacev və onun dostları" (povest), "Sehrli söz", "Ata ködəkçəsi", "Mənim dostum" (hekayələr toplusu).

1902 - Norveç yazıçısı Yohan Borgen (Johan Borgen, 1902-1979) anadan olub. Romanları: "Yay yoxdur və olmayacaq", "Məhəbbət cığırı", "Mən" və s.

1916 - Teatr rəssamı, Əməkdar incəsənət xadimi Əsgər Məmmədismayıl oğlu Abbasov (1916 - 9.2.1970) anadan olub.

1917 - Xalq artisti Məhluqə Sadıqova (1917 - 15.8.2003) anadan olub. 50 ildən çox Akademik Milli Dram Teatrında çalışıb, uzun illər radioda məşhur "Bulaq" verilişinin əvəzsiz aparıcısı olub. "Yenilməz batalyon", "Yeddi oğul istərəm", "Bakıda küləklər əsir" və s. filmlərdə çəkilib.

1920 - Azərbaycanda sovet hakimiyyətinin qurulduğu, Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığı elan edilib. Ölkədə hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə (MİK) verilib. Qanunvericilik funksiyalarını həyata keçirən MİK-ə yalnız azərbaycanlı kommunistlərin (Nəriman Nərimanov (sədr), Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Həmid Sultanov və s.) daxil edilməsi Rusiyanın işğalı pərdələmək cəhdi idi. Respublikada real hakimiyyət isə Moskvaya tabe olan AK(b)P MK-ya məxsus idi.

1920 - Məşhur tarzən, Xalq artisti Hacı Məmmədov (1920 - 2.8.1981) Şamaxıda doğulub. 40 ildən çox M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Eyni zamanda, tanınmış həkim-cərrah olub.

1923 - Görkəmli oftalmoloq, akademik, böyük öndər Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə Əliyeva (1923-1985) Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunu bitirib, Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib. 1960-cı ildə namizədlik, 1977-ci ildə doktorluq dissertasiyası müdafiə edib, Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru olub. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib. 1985-ci il aprelin 15-də vəfat edib.

1924 - Məşhur Litva aktyoru Donatas Banionis anadan olub. Filmləri: "Heç kim ölmək istəmirdi", "Sakit mövsüm", "Solyaris", "Mister Mak-Kinlinin qaçışı" və s.

1925 – Yazıçı, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Rüstəm oğlu Əliyev (1925 - 6.7.1994) Lerik rayonun Kürdəsər kəndində doğulub. Əsərləri: "Dağlar oğlu", "Torpağın ətri", "Döyüşən illər" (romanlar), "Prokuror", "Ana fəryadı" (pyeslər).

1938 - Şair, dilçi, publisist Adil Babayev (1938-1977) anadan olub.

1952 - Amerika aktrisası Meri Makdonnel (Mary Eileen McDonnell) anadan olub.

1974 - Məşhur ispan kinoaktrisası, "Oskar" mükafatı laureatı Penelope Krus (Penelope Cruz Sanchez) anadan olub. Filmləri: "Canlı bədən", "Gözlərini aç", "Anam haqqında hər şey", "Viki Kristina Barselona" ("Oskar", 2009).

1998 - Milli Məclisdə Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası qəbul edilib. Sənəd Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş yeni Konstitusiyası əsasında hazırlanıb.

2004 - Prezident İlham Əliyev Varşavada (Polşa) keçirilən Avropa iqtisadi sammitində iştirak edib.Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü olub.