Tanınmış jurnalist, Yazıçılar Birliyinin üzvü, şair Böyükkişi Heydərli dünyasını dəyişib. Tanınmış jurnalist, Yazıçılar Birliyinin üzvü, şair Böyükkişi Heydərli dünyasını dəyişib.

Tanınmış jurnalist vəfat etdi

Tanınmış jurnalist, Yazıçılar Birliyinin üzvü, şair Böyükkişi Heydərli dünyasını dəyişib.


AzNews.az xəbər verir ki, ailəsindən APA-ya verilən məlumata görə, Böyükkişi Heydərli bu gün səhər ağır xəstəlikdən vəfat edib.

Onun xərçəngdən əziyyət çəkdiyi bildirilib.

Böyükkişi Heydərli 1950-ci ildə aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb.

İlk şeirləri "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub. 1991-1992-ci illərdə "Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin may ayından başlayaraq uzun müddət "Yeni Müsavat" qəzetində redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub.

Bir müddət yazıçı Qor təxəllüsü ilə çıxış edib. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir. 2001-ci ildə "Səmasız buludlar" adlı şeirlər kitabı işıq üzü görüb.