Nepalın paytaxtı Katmandu şəhərində baş verən zəlzələ zamanı ölənlərin sayı 4310 nəfərə çatıb. Nepalın paytaxtı Katmandu şəhərində baş verən zəlzələ zamanı ölənlərin sayı 4310 nəfərə çatıb.

Nepalda ölənlərin sayı 4310 nəfərə çatdı – VİDEO

Nepalın paytaxtı Katmandu şəhərində baş verən zəlzələ zamanı ölənlərin sayı 4310 nəfərə çatıb.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Rusiyanın "NTV" telekanalı yayıb.

Məlumata görə, xəsarət alanların sayı isə 8 min nəfərə yaxınlaşıb.

Ötən gecə də Katmandu ərazisində yeraltı təkanlar davam edib. Bu dəfə zəlzələnin gücü 5.2 bal olub. İnsanlar artıq 3 gündür ki, açıq səma altında gecələyirlər. Gündüzlər isə onlar qalıqların təmizlənməsi əməliyyatında iştirak edirlər.

Bu gün Nepala daha bir neçə ölkənin xilasetmə qüvvələrinin gələcəyi bildirilir.