Vyetnamlı Nguyen Thi Trunun 122 yaşı tamam olub. Artıq bu faktı Dünya Rekordlar İttifaqı təsdiq edib. Vyetnamlı Nguyen Thi Trunun 122 yaşı tamam olub. Artıq bu faktı Dünya Rekordlar İttifaqı təsdiq edib.

Bu qadın daha bir il yaşasa, 1 milyon dollar alacaq

Vyetnamlı Nguyen Thi Trunun 122 yaşı tamam olub. Artıq bu faktı Dünya Rekordlar İttifaqı təsdiq edib.


AZNEWS.AZ xəbər verir ki, yaşlı qadın əgər bir il də yaşasa, 1 milyon dolların sahibi olacaq.

Bu mükafat ona moldovalı biznesmen Dmitri Kaminski tərəfindən veriləcək.

3 əsri görən qadın 123 yaşına qədəm qoysa, mətbuatda qeydiyyatdan keçmiş ən yaşlı insan adını qazanacaq.

Nguyen Thi Trunun 11 uşağından yalnız 2-si sağ qalıb.

Onun ailəsi deyib ki, Tru heç vaxt xəstəxanada yatmayıb və ciddi bir xəstəlik keçirməyib.

Ginnesin Rekordlar kitabına görə, dünyanın ən yaşlı adamı bu yaxınlaradək Yaponiyada yaşayan Misao Okava olub, ancaq o, ötən ayın sonunda 114 yaşında dünyasını dəyişib.