Xalq şairi Fikrət Qocanın səhhətində yaranmış problemlər artıq qaydasına düşüb. Xalq şairi Fikrət Qocanın səhhətində yaranmış problemlər artıq qaydasına düşüb.

“İşə çıxanda hiss edirsən ki, yaşayırsan” – Fikrət Qoca

Xalq şairi Fikrət Qocanın səhhətində yaranmış problemlər artıq qaydasına düşüb.


Bu barədə AzNews.az-a yazıçının özü məlumat verib.

O, Azərbaycan Yazıçılar Birliyinə işə çıxdığını vurğulayıb:
"İşə çıxıram, özümü də yaxşı hiss edirəm. İş əhval-ruhiyyəsi insana ruh verir, hiss edirsən ki, yaşayırsan".

F.Qoca işə çıxdığını bildirsə də hələ bir müddət müalicəsinin davam edəcəyini bildirib.

Xatırladaq ki, bu il fevral ayının 2-də Fikrət Qocanın vəziyyəti qəflətən pisləşib. Ürək xəstəliyindən əziyyət çəkən xalq şairi təcili olaraq müalicə üçün Türkiyəyə aparılıb.

Türkiyədən qayıdandan sonra isə şairin müalicəsi ev şəraitində aparılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az