Nepal rəhbərliyi ölkədə 3 günlük matəm elan edib. Nepal rəhbərliyi ölkədə 3 günlük matəm elan edib.

Nepalda 3 günlük matəm elan edildi

Nepal rəhbərliyi ölkədə 3 günlük matəm elan edib.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı DPA agentliyi yayıb.

Məlumata görə, zəlzələ zamanı isə ölənlərin sayı 4353 nəfərə çatıb.

8 mindən artıq insanın isə yaralandığı deyilir.


Nepalın daxili işlər naziri Bam Dev Qaytam belə faciəyə hazır olmadıqlarını etiraf edib.

Katmandu şəhərinin yaxınlığında qeydə alınan 7.9 ballıq zəlzələ aprelin 25-də baş verib.
Regionda yeraltı təkanların bugünədək davam etdiyi vurğulanır.