Türkiyə vətəndaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü saxlanılıb. Türkiyə vətəndaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü saxlanılıb.

Türkiyə vətəndaşını yaralayan sürücü saxlanıldı - Bakıda

Türkiyə vətəndaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü saxlanılıb.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Nərimanov RPİ 17-ci PB əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Axtarışlar nəticəsində aprelin 26-da Türkiyə vətəndaşı Aslan İbrahimin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən "Lexus" markalı avtomobilin sürücüsü Bakı şəhər sakini Hafiz Rzayev saxlanılıb.