“Satqınların vətəni olmur. Bu gün Əlikram Hümbətovun hərəkətinin xalqımıza heç bir aidiyyəti yoxdu. Əlikram Hümbətov etdiyi əməllərə görə, xalqımız tərəfindən cəzalandırıldı və ölkə prezidenti də bunu rəsmiləşdirirərək, xəyanətkarı vətəndaşlıqdan məhrum etdi”. “Satqınların vətəni olmur. Bu gün Əlikram Hümbətovun hərəkətinin xalqımıza heç bir aidiyyəti yoxdu. Əlikram Hümbətov etdiyi əməllərə görə, xalqımız tərəfindən cəzalandırıldı və ölkə prezidenti də bunu rəsmiləşdirirərək, xəyanətkarı vətəndaşlıqdan məhrum etdi”.

Adil Əliyev: “Əlikram kimi satqınlar...“

“Satqınların vətəni olmur. Bu gün Əlikram Hümbətovun hərəkətinin xalqımıza heç bir aidiyyəti yoxdu. Əlikram Hümbətov etdiyi əməllərə görə, xalqımız tərəfindən cəzalandırıldı və ölkə prezidenti də bunu rəsmiləşdirirərək, xəyanətkarı vətəndaşlıqdan məhrum etdi”.


Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Adil Əliyev Azərbaycana qarşı xəyanətkar mövqeyi ilə seçilən Əlikram Hümbətovun ermənilərə müraciətinə münasibət bildirərkən deyib. O qeyd edib ki, Ə.Hümbətov talışlar üçün də qəbuledilməz şəxsdir:

"Onun nə indi, nə də gələcəkdə cənub bölgəsi ilə bağlı çıxış etməyə mənəvi haqqı çatmır. O, əvvəl hara xidmət edirdisə, bu gün eyni qüvvələrin marağına qulluq edir. Bu gün ölkəmizin uğurları və nailiyyətləri belə satqınları narahat edir. Təkcə, qarşıdan gələn 2015 Avropa Yay Oyunlarının keçirilməsi bizi istəməyən qüvvələrin narahatlığına səbəb olur. Əlikram kimi satqınlar da, bu qüvvələrin əlində oyuncaq kimi istifadə olunurlar. Ona görə separatçının ermənilərə müraciətində də qeyri-adi heç nə yoxdur və buna təəccüblənməyinə dəyməz".

A.Əliyev qeyd edib ki, xaricdə yaşayan bəzi şəxslər milli və dövlətçilik maraqları bir kənara qoyub, iqtidara qarşı mübarizə adı altında Azərbaycana və dövlətçiliyimizə xəyanət edirlər: "Halbukı ulu öndər Heydər Əliyev hər zaman çıxışlarında qeyd edirdi ki, hər kəsin iqtidara qarşı müxalifət olması normaldır. Amma, əsas odur ki, dövlətçiliyə və milli maraqlara qarşı müxalifətdə olmasınlar. Biri Almaniyadan şəxsi maraqlarına görə, Azərbaycan əleyhinə kampaniyalara qoşulur, digəri Amerikada sanksiyaların tətbiq olunması ilə bağlı imzatoplama kampaniyası aparır. Belələrinə nə adı verəsən?"