“Əlikram Hümbətovun nə talışlara, nə də türklərə heç bir aidiyyatı yoxdur”. “Əlikram Hümbətovun nə talışlara, nə də türklərə heç bir aidiyyatı yoxdur”.

“Əlikram Hümbətov Balayanın mövqeyindən danışır”

“Əlikram Hümbətovun nə talışlara, nə də türklərə heç bir aidiyyatı yoxdur”.


AzNews.az xəbər verir ki, Müsavat Partiyasının başqanı Arif Hacılı bu barədə özünün facebook səhifəsində Əlikram Hümbətovun "erməni soyqırımı" ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

A.Hacılı vurğulayıb ki, Ə.Hümbətov öz fəaliyyəti və açıqlamaları ilə əsrlər boyu birlikdə yaşamış, tarixi, ənənələri, dini bir-birinə qovuşmuş, ortaq ailələri, qəhrəmanları, şəhidləri olan millətləri qarşı-qarşıya qoymağa səy göstərir: "Azərbaycanda yaşayan millətlər arasında etimadsızlıq mühiti yaratmaqla, bundan öz şəxsi maraqları üçün faydalanmağa çalışır. Bizə qarşı əsrlər boyu törədilən cinayətlər barədə Balayanın, Sarkisyanın mövqeyindən danışır. Onun heç gizlətmədiyi erməni simpatizianlığı, ərazilərimizin işğalına haqq qazandırması, on minlərlə şəhidlərimizin, istiqlalımız və ərazi bütövlüyümiz uğrunda həlak olan hər kəsin ruhuna, bütövlükdə Azərbaycan xalqına qarşı təhqirdir".

Qeyd edək ki, özünü "Talış-Muğan respublikası"nın prezidenti adlandıran Əlikram Hümbətov ermənilərə müraciət edərək qondarma "soyqırım"la əlaqədar başsağlığı verib.

Bahar RÜSTƏMLİ
AzNews.az