Daxili işlər naziri Ramil Usubovun ödənilməyən radar cərimələri ilə bağlı verdiyi məlum göstərişindən sonra cərimə meydançaları bahalı avtomobillərlə dolmağa başlayıb. Daxili işlər naziri Ramil Usubovun ödənilməyən radar cərimələri ilə bağlı verdiyi məlum göstərişindən sonra cərimə meydançaları bahalı avtomobillərlə dolmağa başlayıb.

Bakıdakı ən bahalı avtomobillərdən biri cərimə meydançasında – FOTOLAR

Daxili işlər naziri Ramil Usubovun ödənilməyən radar cərimələri ilə bağlı verdiyi məlum göstərişindən sonra cərimə meydançaları bahalı avtomobillərlə dolmağa başlayıb.

AzNews.az–ın əməkdaşı bu günlərdə cərimə meydançasında Bakıda cəmi bir ədəd olan bahalı avtomobilin fotosunu çəkib. 10 TO 003 nömrə nişanlı "Aston Martin Rapide" markalı avtomobil xeyli radara və ödənilməyən borclara görə sürücünün əlindən alınıb.

Fotosunu təqdim etdiyimiz bu avtomobilin yenisinin qiyməti yarım milyon civarındadır.

AzNews.az-ın araşdırması nəticəsində bəlli olub ki, fotodakı avtomobil saytların birində satışa qoyulub. Qiyməti heç də ucuz deyil - 180 min dollar. Həmin maşın 2011-ci il buraxılışlıdır. Mühərrikinin həcmi 6000 sm3, gücü isə 447 at gücündədir.

Cəmiyyətdə belə avtomobillərin məmur və ya oliqarx övladlarına məxsus olması fikri hakimdir. Bu avtomobilin sahibi Teymur Ocaqverdiyev isə sadəcə "Alverçi İslam" kimi tanınan İslam Ocaqverdiyev adlı şəxsin oğludur. Onun uzun illərdir avtomobil satışı ilə məşğul olduğu deyilir.

Xatırladaq ki, bu yaxınlarda Ramil Usubova ödənilməyən cərimələrin miqdarının 11 milyonu keçməsi barədə məruzə olunub (Bu barədə yazını BURADAN oxuyun). O isə cərimələri olan bütün avtomobillərin duracaqlara gətirilməsi göstərişini verib. Bundan sonra cərimə meydançaları bahalı avtomobillər muzeyinə çevrilməyə başlayıb. Bu fakt onu göstərir ki, cərimələrin ödənilməməyi imkansızlıqdan deyil, qudurğanlıqdan, qanunlara sayğısızlıqdan və ya kimlərəsə arxalanmaqdan irəli gəlir. Yoxsa qiyməti yüz minlərlə ölçülən avtomobil sahibi cəriməsini niyə ödəməsin ki?..







Azər