Bu gün Dünya Azərbaycanlıları Konqresinin Türkiyənin İstanbul şəhərində keçirilən 13-cü qurultayının nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib. Bu gün Dünya Azərbaycanlıları Konqresinin Türkiyənin İstanbul şəhərində keçirilən 13-cü qurultayının nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib.

“DAK İrana qarşı mübarizə təşkilatı deyil” - Sabir Rüstəmxanlı

Bu gün Dünya Azərbaycanlıları Konqresinin Türkiyənin İstanbul şəhərində keçirilən 13-cü qurultayının nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib.


AzNews.az xəbər verir ki, konqresin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı qurultayın həm Azərbaycanda, həm də Türkiyədə geniş əks-səda doğurduğunu deyib. O, 13-cü qurultay ərəfəsində gedən geniş müzakirələrə, DAK-ın yenidən parçalanacağı, qalmaqal gözlənəcəyini barədə deyilənlərə aydınlıq gətirib:
"Bu qurultay təşkilatın tarixində dönüş nöqtəsi idi. Bizdən ayrılıb gedənlərin bir hissəsi də təşkilata qayıtdı. DAK-ın parçalanması Haaqa qurultayından başlamışdı və bu, bizin həmsədrliyimizdən çox əvvəl idi. Biz bir məqsəd üçün mübarizə aparırıq, bu, bizim taleyimizlə bağlıdır. Bir çoxları elə bilir ki, DAK ancaq İranla mübarizə təşkilatıdır. Əslində DAK milli təşkilatdır, iqtidar-müxalifət münasibətlərinə qoşulmur.

Bəziləri DAK-ın hədəfində ancaq İran olduğunu düşünür, bu, əks reaksiyalar doğurur. Buna görə də bəziləri ehtiyatla yanaşır. DAK-ın fəaliyətini məhdudlaşdırmaq istəyən qüvvələr də var. Əslində isə DAK diaspor təşkilatıdır. Bizim məqsədimiz Azərbaycanın parçalanması, soydaşlarımızın yurd-yuvalarından didərgin düşməsi, soyqırıma məruz qalması, İranda yaşayan 35 milyon soydaşımızın insan haqlarının müdafiəsidir. Bu, İranın daxili işlərinə qarışmaq deyil. İranda indi hakimiyyət türklərin əlində deyilsə, bu, o demək deyil ki, ordakı türklərin hüquqları tapdalanmalıdır. Biz əks-təbliğata baxmayaraq qalmaqal gözləyənlərin ümidlərini alt-üst etdik".

Sabir Rüstəmxanlı "Qurulaydan-qurultaya" kitabının çap olunduğunu bildirərək DAK-ın qurultayının keçirildiyi ərəfədə dünyanın 2 cəbhəyə ayrıldığını vurğulayıb: "Bir cəbhə qondarma soyqırımı, digər cəbhə Çanaqqala zəfərinin 100 illiyini qeyd edirdi. Belə bir ərəfədə biz bu qurultayla Türkiyəyə dəstək verdik. İstanbula bu niyyətlə yığışmışdıq, bu məqsədlə bəyanat qəbul edildi. Qurultay Türkiyə mətbuatı tərəfindən diqqətlə izlənildi, 20-yə yaxın televiziya nümayəndələri iştirak edirdi və canlı yayımlandı. Dünyanın müxtəlif ölkələrindən çox sayda nümayəndə qatılmışdı. Azərbaycandakı bütün partiyalara dəvətnamələr göndərmişdik, hətta YAP-dan Əli Əhmədovla danışdıq. Millət vəkillərinə dəvət göndərilmişdi. Ancaq nədənsə hakim partiyadan və ona yaxın partiyalardan heç kəs qurultaya qatılmamışdı. Halbuki lazım gələndə diaspordan dəstək istənilir, biz də həmişə dövlətimizin mənafeyini müdafiə etmişik və buna davam edəcəyik. Müxalifət düşərgəsindən Arif Hacılı, İsa Qəmbər, Pənah Hüseyn qurultayda iştirak edirdi. Azərbaycanın problemlərinə milli mövqedən baxışlar sərgiləndi. Hamının orada olması ölkəmizin ehtiyacı olan vətəndaş həmrəyliyinə doğru bir addım olardı".

Qurultayda ilk dəfə olaraq DAK tərəfindən müxtəlif nominasiyalar üzrə 21 mükafat təqdim edilib.

Mükafata layiq görülənlərin adlarını təqdim edirik:
1. Firudin Ağasıoğlu
2. Nəsib Nəsibli
3. Həsən Zeynalov
4. Abuzər Bağırov
5. Nəsiman Yaqublu
6. Həcər Koç
7. Arif Kəskin
8. Faiq Ələkbərli
9. Əhməd Bijen
10.Yadigar Türkel
11. Gülara Yenisey
12. Yasəmən Qaraqoyunlu
13. İsmayıl Ağayev
14.Zəlimxan Məmmədli
15. Uğur Dündar
15. Yermentay Sultanmurad
16. Əkrəm Feyzi Tərzioğlu
17. Nurəddin Qərəvi

Qeyd edək ki, 13-cü qurultayda Sabir Rüstəmxanlı və Firudin Pərvizniya yenidən DAK həmsədri seçilib.
image description image description image description image description